“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas inzibati binasında dezinfeksiya işləri aparılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas inzibati binasında dezinfeksiya işləri aparılıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin əsas inzibati binasında koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. "OLAYLAR"-a qurumun mətbuat katibliyindən bildirilib ki, dezinfeksiya işləri işçi otaqlarda və dəhlizlərdə, o cümlədən yeməkxana, sanitar qovşaqlarında və s. yerlərdə aparılıb.

Xatırladaq ki, koronavirusun dəmiryol nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC-də xüsusi qərargah yaradılıb. Bakı Dəmiryol Vağzalının qaynar xətti fəaliyyətə başlayıb: +994 12 499 61 11

Ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda, xüsusilə də əhalinin daha çox istifadə etdiyi Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarlarında dezinfeksiya tədbirləri davam etdirilir. Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir. Dezinfeksiya işləri gündə iki dəfə aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31