Nazir müavinləri Tovuz və Samuxda vətəndaşları qəbul edəcəklər

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 6 mart 2020-ci il tarixində, saat 11:00-dan etibarən Tovuzda (ünvan: Tovuz şəhəri, M.Əzizbəyov küç., 1, Heydər Əliyev Mərkəzi) bu rayondan olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 6 mart 2020-ci il tarixində, saat 11:00-dan etibarən Tovuzda (ünvan: Tovuz şəhəri, M.Əzizbəyov küç., 1, Heydər Əliyev Mərkəzi) bu rayondan olan vətəndaşları qəbul edəcək. Həmin gün nazir müavini Sahib Məmmədov isə Samuxda (ünvan: Samux şəhəri, H.Əliyev prospekti 167, Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının inzibati binası) saat 11:00-dan bu rayondan olan vətəndaşları qəbul edəcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçtu və (012) 493-14-56, (012) 310-28-00 (daxili 21-79), (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256-13-78, mobil (050) 395-91-97, elektron poçtu: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat naziri və müavinlərinin şəhər və rayonlarda keçirilən qəbuluna yazılmaq üçün müraciət" bölməsi vasitəsilə qəbula yazıla bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31