Müsabiqənin şəhər mərhələsinin qalibləri bəlli oldu

Müsabiqənin şəhər mərhələsinin qalibləri bəlli oldu

"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsinin qalibləri bəlli olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a bildirilib ki,  müsabiqənin şəhər mərhələsində iştirak edən şagirdlərin oxuduqları sinif (VIII, IX, X və XI) nəzərə alınmaqla, onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin hansı səviyyədə dərk olunmasını əhatə edən 2 variant üzrə açıq suallar verilib.

"Ədəbiyyat biliciləri" müsabiqəsinin  şəhər mərhələsinin qalibləri ölkə mərhələsində onlara təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar.

İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı hər iki tapşırığa verilən ballar əsasında müəyyən olunacaq.

Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31