“Tətil günlərinin sayı artırılmayacaq”

"Tətil elan olunmasının əsas səbəbi koronovirusun məktəblərdə yayılması yox, koronovirusa və digər yolxucu xəstəliklərə qarşı məktəblərin dezinfeksiya olunması ilə bağlıdır. Yəni dərsin gedişində bunun edilməsi çətinlik törədirdi. Artıq bu günə qədər 4447 məktəbdən 3 minə qədəri, 50 dən çox universitet, bir o qədər kollec, 1672 uşaq bağçasında dezinfeksiya işləri görülüb. Deməli, təhsil müəssisələri normal tədrisə hazırdır və 9 marta qədər tamamilə başa çatacaq".

Olaylar.az bildirir ki, bu fikirləri Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru Kamran Əsədov deyib.

O bildirib ki, tətil günlərinin sayının artmasına isə ehtiyac yoxdur: "Ona görə ki, 10 mart 2-ci günə təsadüf edir və şagirlər 4 gün dərsə getdikdən sonra şənbə və bazar günləri olacaq yenədə evdə qalacaq, ardınca isə 16-19 martda yenidən 4 gün dərsə gələcəklər və ondan sonra 20 martdan 26 martda daxil olmaqla təhsil alanlar 7 gün evdə qalacaq ki, 27 mart da 5 ci günə təsadüf edir, böyük əksəriyət də 1 günə görə dərsə getməyəcək, ardınca 28-29 martda şənbə və bazar günlərinə təsadüf edir və yenə də dərs yoxdur. Bu o deməkdir ki, şagirdlər, tələbələr mart ayında cəmi 8 gün dərsə getmiş olacaqlar. Bu da 31 gün üçün kifayət qədər az hesab olunur.

Ümid edirəm ki, aprel ayında artıq koronovirus problemi həll olacaq və dərsin normal gedişi bərpa olacaq.

Məhz mart ayında tətil elan olunmuş 4 günün tədris kəsiri də aprel ayında ya şənbə günlərinə dərs salmaq hesabına, və ya dərslərin birləşdirilməsi üsulu ilə aradan qaldırılar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31