Kolleclərə qəbul üçün ərizələrin qəbulu 11 martadək davam edəcək
Kolleclərə qəbul üçün ərizələrin qəbulu 11 martadək davam edəcək
5 Mart 2020 11:06 Sosialİndiyədək ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 13072 nəfər sənəd verib. Dövlət İmtahan Mərkəzindən "Olaylar"a verilən məlumata görə, həmin abituriyentlərin 12682-i Azərbaycan bölməsi, 390-ı rus bölməsi üzrə sənəd verib. Ərizələrin qəbulu 11 mart saat 23:59-dək davam edəcək.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq etdirirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31