“İmadəddin Nəsimi - tədqiqlər, məqalələr, məruzələr” adlı kitab işıq üzü görüb

“İmadəddin Nəsimi - tədqiqlər, məqalələr, məruzələr” adlı kitab işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizovanın "İmadəddin Nəsimi - tədqiqlər, məqalələr, məruzələr" kitabı "Elm" nəşriyyatında işıq üzü görüb.

Kitabın elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

Nəşrdə şairin həyatı, doğum və vəfat etdiyi məkan, eləcə də orta əsr və nisbətən yaxın dövr müəlliflərinin verdikləri digər bioqrafik təfsilatlar haqqındakı ən müxtəlif fikirlər araşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31