Ramiz Mehdiyev onu işdən çıxardı
4 Mart 2020 18:15 SosialBu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə yer alan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
İclasda kadr məsələlərinə də baxılıb. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub. Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq MEK-in direktor müavini Elnur Hüseynova həvalə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31