Keçən ay AQTA-nın 1003 - Çağrı Mərkəzinə 2376 müraciət daxil olub
Keçən ay AQTA-nın 1003 - Çağrı Mərkəzinə 2376 müraciət daxil olub
4 Mart 2020 17:59 Sosial2020-ci ilin fevral ayı ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə ümumilikdə 2376 müraciət daxil olub. "OLAYLAR"-a Agentlikdən bildirilib ki, daxil olan müraciətlərdən 599-u sertifikatlaşdırma və qeydiyyat, 636-sı idxal-ixrac əməliyyatları, 150-si istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 25-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.
Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 116-sı işə qəbulla, 833-ü isə digər xarakterli müraciətlər olub
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31