“Könüllülükdən peşəkarlığa” layihəsinə qeydiyyat müddəti uzadılıb

“Könüllülükdən peşəkarlığa” layihəsinə qeydiyyat müddəti uzadılıb

"Könüllülükdən peşəkarlığa" layihəsinə qeydiyyat prosesi  martın 27-dək uzadılıb. "OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki,  layihədə iştirak etmək arzusunda olan tələbə və məzun gənclər CV formasını və niyyət məktubunu (layihədə iştirak etmək istədiyi istiqaməti və səbəbini göstərməklə) [email protected]  elektron ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər. Layihədə ali məktəblərin III və IV kursunda, magistratura səviyyəsində təhsil alan tələbələr, ali təhsilini bitirmiş gənclər iştirak edə bilər.

Könüllü kimi fəaliyyət göstərmək istəyən tələbə və məzun gənclər BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində, Təlimə Dəstək Mərkəzində və təhsil müəssisələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.

Layihənin üç  istiqamətdə reallaşdırılması nəzərdə tutulub. Birinci istiqamət üzrə müraciət edən  gənclər  BŞTİ-nin Ümumi təhsil, İnsan resursları, İnformasiya təminatı, İnkişaf layihələri, Maliyyə və mühasibatlıq, Keyfiyyətə nəzarət, İctimaiyyətlə əlaqələr, Hüquq, Təminat və təchizat, Ümumi sektorlarında, Təlimə Dəstək Mərkəzi, xidmət bölmələri və təhsil müəssisələrində könüllü kimi fəaliyyət göstərmək imkanı qazanacaqlar.

Sonda  layihəni  uğurla başa  vuran  könüllü  gənclərə BŞTİ  tərəfindən müvafiq təsdiqləyici sənəd təqdim  olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31