ÖLKƏ "İndiyədək məktəblərin 50 faizi dezinfeksiya edilib" - Cəsarət Valehov

ÖLKƏ "İndiyədək məktəblərin 50 faizi dezinfeksiya edilib" - Cəsarət Valehov

İndiyədək ölkədə 2400 orta məktəb koronavirusla əlaqədar görülən tibbi profilaktik tədbirlər çərçivəsində dezinfeksiya edilib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, dezinfeksiya edilən məktəblər ölkədəki bütün məktəblərin, demək olar ki, yarısını təşkil edir:

"Bu proses qarşıdakı günlər ərzində intensiv şəkildə davam etdiriləcək. Martın 9-dək olan müddət ərzində bu proses tam olaraq yekunlaşacaq".

C.Valehov dezinfeksiya işlərinin digər təhsil müəssisələrində də aparıldığını söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31