Azərbaycan nümayəndə heyəti Kiyevdə keçirilən beynəlxalq konfransda

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müəllimi və AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi f.f.d., dosent Anar Qafarov İslam Tədqiqatları Mərkəzi, Ostroh Akademiyasının Milli Universiteti Şərq bölümü, Fəlsəfə İnstitutu və Ukrayna Milli Elmlər Akademiyası Beynəlxalq İslam Düşüncə İnstitutunun dəstəyi ilə Ukraynanın Kiyev şəhərində təşkil olunan “Şərqi-Mərkəzi Avropada İslamın öyrənilməsi və təhsili: tarixi xüsusiyyətlər və çağdaş perspektivlər” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müəllimi və AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi f.f.d., dosent Anar Qafarov İslam Tədqiqatları Mərkəzi, Ostroh Akademiyasının Milli Universiteti Şərq bölümü, Fəlsəfə İnstitutu və Ukrayna Milli Elmlər Akademiyası Beynəlxalq İslam Düşüncə İnstitutunun dəstəyi ilə Ukraynanın Kiyev şəhərində təşkil olunan "Şərqi-Mərkəzi Avropada İslamın öyrənilməsi və təhsili: tarixi xüsusiyyətlər və çağdaş perspektivlər" mövzusunda beynəlxalq konfransda iştirak edib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Azərbaycan, Ukrayna, Belarusiya, Polşa, Macarıstan, eləcə də digər ölkələrin alim və mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda Anar Qafarov "Birgəyaşayışın fundamental dəyərlərinin fəlsəfi və dini aspektlərdən analizi" ("Analysis on the Fundamental Values of Coexistence in Terms of Philosophy and Religion") mövzusunda məruzə ilə çıxış edib.

A.Qafarov məruzəsində mədəni müxtəlifliyin qloballaşma prosesi və cəmiyyətlər üçün labüd olduğunu qeyd edib. O, bu prosesin lokal və qlobal dəyərlərin bölüşülməsi və müxtəlif mədəniyyətlərə məxsus olan fərdlər arasındakı münasibətlərin inkişaf etməsi baxımından müsbət hadisə olduğunu vurğulayıb.

A.Qafarov Azərbaycanın multikulturalizm və tolerantlıq istiqamətində nümunəvi ölkə olduğunu qeyd edərək, bu atmosferin qorunub-saxlanılması məqsədilə ölkədə həyata keçirilən siyasi-ictimai addımlardan bəhs edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31