Bu il uşaqlara ən çox hansı adlar qoyulub?

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Olaylar.az  xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən doğumu qeydiyyata alınmış uşaqlara cari ilin ötən dövründə qoyulan oğlan uşaqlarına qoyulan adlar arasında Yusif (468),  Uğur (409), Əli (391), Hüseyn (382), Məhəmməd (254), Ömər (252), Murad (216), Ayxan (202), Raul (189) və Tunar (187) üstünlük təşkil edib.

Eyni zamanda cari ilin ötən dövründə qız uşaqlarına daha çox Zəhra (492), Məryəm (367), Zeynəb (341), Mələk (305), Nuray (295), Fatimə (285), Aylin (271), İnci (224), Nilay (224) və Ayan (199) adları qoyulub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31