Mikrobları öldürən qidalar

Payız-qış aylarında Günəş işığı az olduğu üçün, insan orqanizmində mikroblar və bakteriyalar sürətlə artıb - törəyir, sağlamlıq hüceyrələr isə zəyifləyir, qırılır və sıraları seyrəlir.

Olaylar.az bildirir ki, bu qidalar bakteriyaları öldürür:

Yumurta sarısı - Xolesterol səviyyəsi yüksək yumurta sarısı yüksək miqdarda zülalla zəngindir.Yumurtanın tərkibində olan selenium və sink immuniteti gücləndirir.

Sarımsaq - Sarımsaq immunitet sistemini gücləndirən ən faydalı qidalardan hesab olunur. Sarımsağın tərkibində olan allisin maddəsi sarımsağa kəskin qoxu verir. Bu maddənin antibakteriyal və antiviral xüsusiyyətləri var. C vitamini ilə qəbul edildiyi zaman daha təsirli olur. Sarımsaq dərmanlara müqavimət göstərən bəzi bakteriya və viruslara qarşı olduqca təsirlidir. Müəyyən edilib ki, sarımsadan həftədə 2-3 dəfə istifadə edilərsə, o, insanı bağırsaq xərçəngindən qoruyar.

Göbələk - Göbələklərin tərkibində bir çox antiviral, antibakteriyal və anti şiş xüsusiyyətli maddələr vardır. Göbələklərin tərkibində olan beta-qlukanlar immunitet sistemini gücləndirir və infeksiyaları öldürür.

Hindqozu yağı - Hindqozu yağının tərkibi lauril turşusu, antimikrobiyal, antifunqal, antibakteriyal və antioksidantlarla zəngindir. Qrip, soyuqdəymə, hətta HİV kimi xəstəliklərdə hind qozudan virus və bakteriyalara qarşı istifadə edilir. Tərəvəz bişirərkən yeməklərinizə bir qədər hindqozu yağı əlavə etsəniz, faydasını mütləq görəcəksiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31