Azərbaycanın “Məzi”si məşhur aktyor Elçin Həmidovun ölümündən 9 il keçir

Azərbaycanın “Məzi”si məşhur aktyor Elçin Həmidovun ölümündən 9 il keçir

Bu gün Azərbaycanın əməkdar artisti Elçin Həmidovun ölümündən 9 il keçir.

Olaylar.az bildirir ki, aktyor 2011-ci ilin martın 4-də ürək xəstəliyindən vəfat edib.

Həmidov Elçin Qəzənfər oğlu - 1958-ci ildə anadan olub. O, 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olub. O, "Olmadı elə, oldu belə"də Gülüstan, "Boşanaq, evlənərik"də İkram, "Qarğa məndə qoz var"da Zərzibonskaya, "Qızıl gül"də Azay, "Beş manatlıq gəlin"də Nadir, "Özümüz bilərik"də Miriş, "Subaylarınızdan görəsiniz"də Mayıl, "Hərənin öz ulduzu"nda Nəzir, "Nəğməli Könül"də Mustafa, "Səhnədə məhəbbət"də ofisiant, "O olmasın, bu olsun"da Rza bəy, "Talelər qovuşanda"da Potuş və başqa surətləri məharətlə oynadığına görə tamaşaçıların rəğbətini qazanıb. Tamaşaçılar onu daha çox "Bakılı oğlanlar"ın ("Planeta parni iz Baku") tamaşalarında Məzi rolunun ifaçısı kimi tanıyıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31