Səfir Qoyas ştatının vitse qubernatoru ilə görüşüb

Səfir Qoyas ştatının vitse qubernatoru ilə görüşüb

Azərbaycan Respublikasının Braziliyadakı səfiri Elxan Poluxov Qoyas ştatının vitse qubernatoru Lincoln Tejota, vitse qubernatorluğun mədəniyyət, iqtisadiyyat və sosial sahəsində fəaliyyət göstərən idarələrinin rəhbərləri və yerli iş adamları ilə birlikdə görüş keçirib.

Olaylar.az bildrir ki, görüş zamanı səfir Elxan Poluxov Azərbaycanın iqtisadi potensialı, ölkədəki münbit siyasi vəziyyət, ikitərəfli əlaqələr, eləcədə Braziliya Milli Konqresində Senatın Vitse prezidenti Antonio Anastasiyanın rəhbərlik etdiyi nümayəndə heyyətinin Azərbaycana səfəri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat vermiş və tərəflər əlaqələrin daha da dərinləşdirilməsinə dair qərar qəbul etmişlər.

Səfir Elxan Poluxov həmçinin Qoyaniya şəhərinin meri İris Rezende ilə görüşüb. Görüş zamanı, təhsil, mədəniyyət və iqtisadi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Şəhər merinə ölkəmizdə keçirilən müxtəlif idman, mədəniyyət, sosial və sair sahələrdəki tədbirlər haqqında məlumat verilmişdir. Səsələndirilən tədbirlər qarşı tərəfin böyük marağına səbəb olmuş və əlaqələrin daha da genişləndirilməsi üçün potensialın olduğunu tərəflər qeyd etmişlər.

Qeyd edək ki, sözügüdən ştatla sıx əlaqələr artıq 2017-ci ildən qurulub. Ştatın kapoeyra komandası 2018-ci ildə Bakıda keçirilən Kapoeyra yarışlarında iştirak etmiş, səfirlik isə ötən müddət ərzində ştatda müxtəlif sərgi və digər tədbirlərdə iştirak etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31