Avtomobil qaçıran şəxslər yaxlanıblar
Avtomobil qaçıran şəxslər yaxlanıblar
3 Mart 2020 15:30 SosialNardaran qəsəbəsi ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da Nardaran qəsəbəsi ərazisindən qəsəbə sakini A.Abışovun "VAZ-2107" markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Əliyev, əvvəllər məhkum olunmuş B.Bayramov və borclu kimi axtarışda olan, əvvəllər məhkum olunmuş Ə.Qədirov avtomobillə birgə Sabunçu qəsəbəsi ərazisində saxlanılmışlar.
Alim\"OLAYLAR"İA\ Xəzər rayonu ərazisində avtomobildən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisində "Opel" markalı avtomobildən 100 manat və 150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ələsgərov saxlanılıb. Araşdırma aparılır.