Daha bir ali təhsil müəssisəsində dezinfeksiya işləri aparılıb
Daha bir ali təhsil müəssisəsində dezinfeksiya işləri aparılıb
3 Mart 2020 15:29 SosialXəbər verildiyi kimi, koronavirusla əlaqədar martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Nazırlər Kabineti yanında operativ qərargahın verdiyi bu qərar yoluxma hallarının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədi daşıyır.
"OLAYLAR" xəbər verir ki, həmin qərara əsasən, bu gündən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) də sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin icrasına başlanılıb. Bakı Şəhər Dezinfeksiya Stansiyasının Yasamal şöbəsinin əməkdaşları Universitetin bütün tədris korpuslarında - dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektləri və sanitar qovşağında koronavirusa qarşı dezinfeksiya işləri aparıblar.