Avtoqəzada 2 nəfər ölüb, 4-ü xəsarət alıb
3 Mart 2020 15:19 SosialMartın 2-də saat 13 radələrində İsmayıllı rayonunun Diyallı kəndi ərazisində rayon sakinləri Ş.Dünyamalıyevin idarə etdiyi "QAZ-2705" və Musa İsmayılzadənin idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşub. DİN-dən "Olaylar"a verilən məlumata görə, nəticədə M.İsmayılzadə hadisə yerində ölmüş, 2 sərnişini, habelə digər sürücü və sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Rüstəm Əzimov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31