Xatirə İslam köməkçisinin adıyla... – Qalmaqal/Video
Xatirə İslam köməkçisinin adıyla... – Qalmaqal/Video
3 Mart 2020 13:36 SosialMüğənni Xatirə İslam həmkarı Ceyhun Məhərrəmovun ona zəng edən zaman köməkçisinin adı ilə cavab verməsinə münasibət bildirib.
Xatirə İslam "ATV Maqazin onlarla" verilişində bu sözləri deyib: "Mənə ondan zəng gəlməyib. Tanış səs olsaydı, tanıyardım. Ceyhun sənət yoldaşımdır. Səsini tanıyıb necə onunla danışmaram? Ceyhunla mən yox, bəlkə bacım danışıb. Zənglərə çox vaxt bacım cavab verir. İki nömrədən istifadə edirəm".
Müğənni artıq çəkisinə görə kompleks yaşamadığını da deyib: "Artıq çəki alanda tənbəlləşirəm. Kompleksim yoxdur, 7 kq kökəlmişəm".
Qeyd edək ki, müğənni Ceyhun Məhərrəmov həmkarı Xatirə İslama zəng edib. Telefonda cavab verən şəxs özünü müğənninin köməkçisi kimi təqdim edib. Bu isə Ceyhun Məhərrəmov tərəfindən birmənalı qarşılanmayıb.