Baş həkimdən Azərbaycan əhalisinə müraciət - "Çölə çıxmayın"
3 Mart 2020 13:32 Sosial"Əhali bu tədbirin mahiyyətini başa düşməlidir. Bu, istirahət tədbiri deyil. Bu, əhalinin düşünərək verilmiş bir qərardır".
Bunu karantin xəstəxanasının baş direktoru Emin Hüseyn "REAL TV"-yə açıqlamasında deyib.
Baş direktor vətəndaşlar kütləvi yerlərdən uzaq olmağı tövsiyə edib:
"Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir".
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabahdan martın 10-a qədər bütün tədris müəssisələri bağlı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31