Qadınların biznesə qoşulmasına dəstək məqsədilə tədbir keçirilib
Ağdam rayonu Birinci Dörd yol qəsəbəsi Mədəniyyət evində bir qrup işsiz qadınlarla “Ailə büdcəsinin artırılması üçün qadınların biznes fəaliyyətinə qoşulmasına dəstək” mövzusunda maarifləndirici görüşlər keçirilib.
3 Mart 2020 13:14 SosialAğdam rayonu Birinci Dörd yol qəsəbəsi Mədəniyyət evində bir qrup işsiz qadınlarla "Ailə büdcəsinin artırılması üçün qadınların biznes fəaliyyətinə qoşulmasına dəstək" mövzusunda maarifləndirici görüşlər keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Olaylar"a bildirilib ki, məqsəd məcburi köçkün, aztəminatlı ailələrin, xüsusilə qadınların və gənclərin məşğulluq və sahibkarlıq imkanlarının artırılması üçün onların fəallığının artırılmasıdır. Görüş zamanı qadınların biznes sahəsində üzləşdikləri problemlər və perspektivlər müzakirə olunub. Onların bacarıqlarının artırılması üçün Quzanlı qəsəbəsi H.Əliyev Mərkəzində təşkil edilən kompüter kursuna yazılmaları tövsiyyə edilib.