“Gender zorakılığı- cəmiyyətimizin faciəsi” layihəsinin fəalları təltif olunublar
Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Kürdəxanı qəsəbəsi 113 nömrəli tam orta məktəbdə “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirilib.
3 Mart 2020 12:16 SosialSabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Kürdəxanı qəsəbəsi 113 nömrəli tam orta məktəbdə "Gender zorakılığı - cəmiyyətimizin faciəsi" adlı layihənin növbəti tədbiri keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Ombudsmanın nümayəndəsi çıxış edərək, Müvəkkilin qadın və uşaq hüquqlarının müdafiəsi, zorakılıqla mübarizə, gender bərabərliyinin təmin olunması məsələlərinə daim diqqət yetirdiyini vurğulayıb. O, Ombudsmanın məişət zorakılığı, erkən evlilik və təhsildən yayınma kimi mənfi halların qarşısının alınması sahəsində çoxşaxəli fəaliyyəti, həmçinin uşaq hüquq pozuntuları ilə bağlı 24 saat ərzində xidmət göstərən 916 nömrəli qaynar xətt barədə ətraflı məlumat verib. Bununla yanaşı, Ombudsman Aparatının uşaq hüquqları ilə bağlı nəşrləri məktəbə təqdim edilib. Sonda "Gender zorakılığı- cəmiyyətimizin faciəsi" adlı layihədə fəal iştirak edən məktəblilər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.