Maliyyə Nazirliyi daxili müsahibə elan edib

Maliyyə Nazirliyi daxili müsahibə elan edib

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vakant vəzifələrin tutulması üçün daxili müsahibə elan edi. Nazirlikdən "Olaylar"a bildirilib ki, müsahibədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər. Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 03 mart 2020-ci il tarixdən 12 mart 2020-ci il tarixdə saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi - cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinə müraciət edilə bilər. Telefon: 012 404 46 99(əlavə 160, 183, 486)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31