Bu gün Od çərşənbəsidir
Bu gün Azərbaycanda od çərşənbəsi qeyd olunur.
3 Mart 2020 11:35 SosialBu gün Azərbaycanda od çərşənbəsi qeyd olunur.
Olaylar.az bildirir ki, od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyirlər.
Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanırlar. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.
Qeyd edək ki, martın 10-u Yel çərşənbəsi, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31