Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı: Əhəd Abıyevin qardaşıdır

Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev işdən azad edilib.Qafqazinfo-nun məlumatına görə, icra başçısı Şahin Məmmədov ötən gün bu barədə əmr imzalayıb.N.Abıyev xidmətdə olmanın yaş həddi ilə əlaqədar işdən azad olunub. Qeyd edək ki, N.Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır. N.Abıyev  müxbirin  sualına   bu məsələ barəsində narahat edilməməsini xahiş edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31