Ədəbiyyat İnstitutunda tələbələrin təcrübələri başlayıb

Ədəbiyyat İnstitutunda tələbələrin təcrübələri başlayıb

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təcrübəyə gələn tələbələrlə ilkin tanışlıq olub. Bakı Avrasiya Universitetinin bir sıra tələbələrinə institut və təcrübə proqramı haqqında məlumat verilib. "Filologiya - Azərbaycan dili və ədəbiyyatı" fakultəsinin təcrübəçi müəllimi Zəminə Rüstəmbəyli də tədbirdə iştirak edib.

Olaylar.az xəbər verir ki, tədbiri giriş sözü ilə Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov açıb. O, çıxışında bildirib ki, tələbələrin təcrübə zamanı birbaşa əməkdaşlıq edəcəkləri şöbə Təhsil şöbəsi olacaq. Əlavə edib ki, Bakı Avrasiya Universiteti ilə ötən ildən bu sahədə əməkdaşlıq edilir və tələbələr təcrübə zamanı təşkil olunan konfransda yaxşı iştirak ediblər.

Sonra İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli çıxış edərək bu təcrübənin tələbər üçün əhəmiyyətindən bəhs edib. Həmçinin İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli "Elmi kadrlar" Milli İnformasiya Sistemində İnstitutun bazasının formalaşdırılması haqqında  məlumat verərək tələbələrin bu barədə suallarını cavablandırıb.

Sonda  tələbələrə təhkim olunduqları şöbələr haqqında məlumat verilib.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31