Çindən kənarda koronavirusa yoluxma halları 64 ölkədə qeydə alınıb
3 Mart 2020 09:51 SosialÇindən kənarda yeni növ COVID-19 koronavirusuna yoluxma halları 64 ölkədə qeydə alınıb.Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.Məlumata əsasən, Çindən kənarda ötən gün 1598 yoluxma halı qeydə alınıb. 64 ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 8774 nəfərə çatıb.Ümumilikdə Çindən kənarda 128 nəfər yeni növ koronavirusdan ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31