Uşaq musiqi və incəsənət məktəblər də BAĞLANDI

Uşaq musiqi və incəsənət məktəblər də BAĞLANDI

Baş İdarə tabeliyində olan bütün uşaq musiqi və incəsənət məktəblərində tədris, təlim-tərbiyə prosesinin dayandırılması haqqında qərar qəbul edib.

Olaylar.az bildirir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ölkə ərazisində Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara və Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin müvafiq əmrinə əsasən, 2020-ci ilin mart ayının 3-dən 9-na qədər Baş İdarənin tabeliyində olan bütün uşaq musiqi və incəsənət məktəblərində tədris, təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması haqqında qərar qəbul edib.

Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31