“Mersedes” vuran piyada hadisə yerində ölüb

“Mersedes” vuran piyada hadisə yerində ölüb

Paytaxtın Nizami rayonunun H.Əliyev prospektində "Mercedes" markalı avtomobillə yolu keçən piyada vurub. DİN-dən "Olaylar"a verilən məlumata görə, martın 1-də saat 5 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini H.Əlizadə idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Y.Manafovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31