“Azərbaycan Dəmir Yolları” QSC-nin kabelini oğurlayanlar yaxalandılar

“Azərbaycan Dəmir Yolları” QSC-nin kabelini oğurlayanlar yaxalandılar

"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus kabeli kəsərək oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. DİN-dən "Olaylar"a verilən məlumata görə,

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da Bakı Yük Limanının ərazisində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus 360 metr rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Səmədov və N.Əhmədov saxlanılıblar. İlkin araşdırma zamanı onların əvvvəllər məhkum edildikləri müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31