Həyətdən velosiped oğurlayan şəxs ələ keçib

Həyətdən velosiped oğurlayan şəxs ələ keçib

Payaxtın Binəqədi rayonu ərazisindəki həyətlərin birindən velosiped oğurlayan şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də rayon ərazisindəki həyətlərin birindən velosiped və avtomobilə aid 4 təkər oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri E.Ələkbərli və əvvəllər  məhkum olunmuş İ.Quliyev saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31