Əməkdar jurnalist vəfat etdi
2 Mart 2020 14:40 SosialMartın 1-də qocaman ziyalı, respublikanın Əməkdar jurnalisti Hidayət Əkbər oğlu Zeynalov vəfat edib.
Bu barədə Publika.az-a Mətbuat Şurasından məlumat verilib.
Hidayət Zeynalov 1926-cı ildə Qazaxda doğulub. Bakı darülfünunun fars dili və ədəbiyyatı fakültəsini bitirib. Ömrünün 40 ildən çoxunu "Kommunist" (indiki "Xalq qəzeti") qəzetində çalışıb. Burada ştatdankənar müxbirlikdən şöbə müdiri vəzifəsinə qədər yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31