Bir gündə 29 cinayətin üstü açılıb

Bir gündə 29 cinayətin üstü açılıb

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-dan və martın 2-dək 29 cinayətin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan 6-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 10 faktın açılması tədbirlərlə təmin olunub. Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 6 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31