Nəsimi rayonunda fevral ayında 6 səyyar qəbul keçirilib
Nəsimi rayonunda fevral ayında 6 səyyar qəbul keçirilib
2 Mart 2020 12:46 SosialNəsimi rayonunda 2020-ci ilin fevral ayı ərzində RİH başçısı Asif Əsgərov tərəfindən 6 səyyar qəbul və görüş keçirilib, 1000-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 37 müraciət dinlənilib. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb. Vətəndaşların müraciətləri əsasən həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və liftlərin təmiri, küçə və həyətlərin işıqlandırılması, ağacların budanması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi və s. məsələlərlə bağlı olub.
Görüşlərdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər xüsusi qeyd edilmiş, sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.