Ombudsman Aparatında tələbələrin elmi-tədqiqat təcrübəsi başlayıb

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin və Azərbaycan Dillər Universitetinin tələbə və magistrantlarının növbəti istehsalat və elmi-tədqiqat təcrübəsi başlayıb. "Olaylar" xəbər verir ki, ilk təcrübə günü Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tələbə və magistrantlarla görüşüb. O, əvvəlcə təcavüzkar erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi olan Xocalı faciəsi barədə danışıb, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların zəbt edildiyini, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşlarımızın bütün fundamental hüquqlarının pozulduğunu diqqətə çatdırıb.

A.Səfixanlı görüşdə ölkəmizdə bütün sahələrdə həyata keçirilən hərtərəfli və köklü islahatlardan danışarkən Azərbaycanın beynəlxalq qurumlara bərabərhüquqlu üzv kimi qoşulduğunu, 1995-ci ildə qəbul edilmiş və ümumxalq səsverməsi - referendumlar nəticəsində daha da təkmilləşmiş Konstitusiyamızın insan hüquqlarının səmərəli təmininə zəmin yaratdığını diqqətə çatdırıb, ölkəmizdə Ombudsman təsisatının yaradılmasının əhəmiyyətindən bəhs edib, təsisatın mandatı və səlahiyyətləri, fəaliyyət istiqamətləri, regional mərkəzləri və beynəlxalq əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verib.  Bundan başqa o, Müvəkkilin işgəncələr əleyhinə Milli Preventiv Mexanizm və "İnformasiya əldə etmək haqqında" Qanunun icrasına nəzarət funksiyaları barədə danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31