Təhsil naziri cəbhə bölgəsində vətəndaşları qəbul edəcək
Təhsil naziri cəbhə bölgəsində vətəndaşları qəbul edəcək
2 Mart 2020 12:43 SosialTəhsil naziri Ceyhun Bayramov 13 mart 2020-ci il tarixində saat 10:00-da Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdam və Füzuli rayon sakinlərini qəbul edəcək. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar 2-6 mart (saat 18:00-dək) 2020-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının "Vətəndaşların qəbulu" bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.