Natavandan Röya haqqında şok sözlər: ”İmkan versin, həyatımı yaşayım” - Video
2 Mart 2020 11:11 Sosial"Röya ilə münasibətim yoxdur. Olmasını da istəmirəm. Kimin mənimlə problemi var, gəlsin, söhbətini eləsin. Nə mənim kiminləsə dostluq etmək istəyim var, nə də mənə maraqlıdırlar. Hər kəs öz işi ilə məşğul olsun, mənə toxunmasın. İmkan verin öz həyatımı yaşayım, mane olmayın".
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi "ATV maqazin onlarla" verilişində həmkarı Röya Ayxandan danışarkən deyib.
Müğənni keçmiş "W-Trio" üzvlərindən Röya Ayxanla küsülü olduğunu desə də Elnarə Xəlilova ilə yaxşı münasibətdə olduğunu açıqlayıb.
Natavan Həbibi Elnarə Xəlilovanın yenidən "W-Trio" üzvlərini bir yerə toplanmaq təşəbbüsünə belə cavab verib: "Mən istəmirəm. Hər kəsin öz işi özünə. İstəyirsiniz birlikdə dostluq edin, layihə edin, məndən uzaq...
Sizinlə eyni layihədə olmaq istəmirəm. Elnarə, şərikli iş olmur. Mən sənə bunu istəyərəkdən deyirəm.
Hünərin varsa, tək et! Onun bacarığına, istedadına da əminəm. Bunu edə bilərsən. Yenidən lazımsız çürüklü söz-söhbət lazım deyil".
Qeyd edək ki, Elnarə Xəlilova, Röya Ayxan və Natavan Həbibi keçmiş "W-Trio" qrupunun üzvləri olublar.