“Azərbaycan Dəmir Yolları” QSC-də koronavirus təhlükəsi ilə əlaqədar qərargah yaradılıb
29 Fevral 2020 21:19 SosialKoronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC-nin və tabeçiliyində olan qurumların rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Bu barədə məlumat "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən daxil olub.
Bildirilib ki, bununla yanaşı, Bakı Dəmiryolu Vağzalının qaynar xətti fəaliyyətə başlayıb:
+994 12 499 61 11
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31