Avtomobil qaçıran şəxs tutulub

Gədəbəy rayon sakininin avtomobili qaçırılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 28-də Tovuz rayonunun Ceyrançöl adlanan ərazisindən Gədəbəy rayon sakini A.Məmmədova məxsus "VAZ-21015" markalı avtomobilin qaçırılması barədə Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Tovuz və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Veyisov saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31