Sabirabad sakinindən narkotik maddə götürülüb

Sabirabad sakinindən külli miqdarda narkotik maddə aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaratəpə kənd sakini, əvvəllər məhkum olunmuş Ə. Vəliyevin həyətyanı sahəsindən 3 kiloqramdan artıq marixuana, istixanasından isə kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31