Ağaxan Salmanovla vida mərasimi keçiriləcək

Ağaxan Salmanovla vida mərasimi keçiriləcək

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün dəfn olunacaq.

Bu haqda Gənc Tamaşaçılar Teatrının Mətbuat Xidmətinin rəhbəri Pərvin Nurəliyeva məlumat verib.

Onun sözlərinə görə, A.Salmanlı ilə vida mərasimi Yeni Suraxanıdakı evində keçiriləcək.

"Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq" deyə, P.Nurəliyeva bildirib.

Qeyd edək ki, Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31