İrandakı bütün Azərbaycan vətəndaşları geri döndülər

İrandakı bütün Azərbaycan vətəndaşları geri döndülər

Sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb. Bu barədə "Olaylar"a  Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib. Qeyd edilib ki, vətəndaşlarımız artıq geri dönüblər: "Hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir. Bugünkü gündə bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur. Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd olunarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq".

Həmçinin qeyd olunub ki, koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti stabildir: "Heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir. Karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31