Təcridxanaya narkotik maddə keçirilməsinin qarşısı alınıb
29 Fevral 2020 12:32 SosialPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətdən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Qafarov Namiq Alim oğluna anası Bakı şəhər sakini Qafarova Nailə Vəli qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan yeməyin içərisində gizlədilmiş bükülülərdə 0,785 qram narkotik maddə - heroin və 0,206 qram psixotrop maddə - metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31