İtkin düşmüş 5 nəfər tapılıb

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də 30 cinayətin üstü açılıb. "OLAYLAR" xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Quldurluqla bağlı 1, xuliqanlıq üzrə 2, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 15 faktın açılması tədbirlərlə təmin olunub. Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 34 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31