Qadın evli kişini hədə-qorxu ilə evində saxlayır -Azərbaycanda biabırçılıq
28 Fevral 2020 17:03 SosialAzərbaycanda 3 uşaq anası evli kişini hədə-qorxu ilə evində saxlayır.
Bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən Almaz adlı qadın deyib.
O, vurğulayıb ki, qadın onun həyat yoldaşını hədə-qorxu ilə aparıb: "O, mənim ərimə deyir ki, ya mənimlə yaşayacaqsan, yada səni və uşaqlarını öldürəcəm. Qadın ərimi şantaj edir ki, yanımdan getsə,n uşaqlarına işgəncə verəcəm. Qadın keçmiş ərinin 1500 manatını oğurlayıb, 3 uşağını da atıb. Həyat yoldaşıma deyib ki, sənin işləməyinə ehtiyac yoxdur. Sənə özüm baxacam. Keçmiş həyat yoldaşı deyir ki, o qadın uşaqların aliment kartını da götürüb. Hazırda həyat yoldaşım haradadır, bilmirəm".
Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31