“Novruz mühazirələri”nə başlanılır
Martın 3-də Təhsil Nazirliyi ilk “Novruz mühazirəsi”ni keçirəcək.
28 Fevral 2020 14:57 SosialMartın 3-də Təhsil Nazirliyi ilk "Novruz mühazirəsi"ni keçirəcək. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, Azərbaycan-Fransız (UFAZ) Universitetində baş tutacaq ilk mühazirədə professor Rafiq Əliyev "Qeyri-səlis məntiqlə yeni sivilizasiyalara doğru" mövzusunda çıxış edəcək.
Mühazirədə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçtuna müraciət ünvanlaya bilərlər.
"Novruz mühazirələri"nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.
Qeyd edək ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən "Novruz mühazirələri" keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.