Koronavirusdan necə qorunmalı? -TƏHLİL

Koronavirus, məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan virusdur. Bu virus insanlara zökəm, qrip, ya da digər adi xəstəlik formasında keçə bilir. Bu virus inək və donuzlarda diareya səbəb olduğu halda toyuqlarda tənəffüs yolu infeksiyasına səbəb ola bilir. Hazırda koronavirusun müalicəsi üçün heç bir dərman və ya vaksin yoxdur. Koronavirusların böyüklər və uşaqlarda bütün ümumi soyuqdəymələrə səbəb olduğu güman edilir. Koronaviruslar, ilk növbədə qışda və erkən yaz fəsillərində şişmiş adenoidlərdən qızdırma və boğaz ağrısı kimi əsas simptomlarla soyuqdəyməyə səbəb olur. Koronavirus ya sətəlcəm xəstəliyinə, ya birbaşa viral pnevmoniyaya, ya da ikinci dərəcəli bakterial pnevmoniyaya səbəb ola bilər. 2003-cü ildə kəşf edilmiş insan koronavirusu, kəskin tənəffüs sindromuna (SARS) səbəb olan SARS-CoV, həm yuxarı, həm də aşağı tənəffüs yollarının infeksiyalarına səbəb olduğu üçün özünəməxsus patogenezə malikdir. Hazırda insan koronaviruslarının yeddi növü məlumdur. İnsan koronavirus infeksiyalarının qarşısını almaq və ya müalicə etmək üçün vaksinlər və ya antiviral dərmanlar yoxdur.

Sars virusunun qohumu adlandırılan və ilk olaraq Çində ortaya çıxan virus ötən ilin dekabrından bu yana yüzlərlə can alıb. Virusun quruluşunu tədqiq edən elm adamı Leo Poon, bu virusun bir heyvanda yarandığını və insanlara yayıldığını təxmin etdiyini söyləyib. Bütün dünyada gündəm olan virus haqqında ən çox verilən sual onun necə virus olması və simptomlarının nə olması ilə əlaqədardır. Virus haqqında danışan Leo.P bildirib ki, korona virusu haqqında bildiyimiz odur ki, pnevmaniyaya səbəb olur, daha sonra bir çox yeni virus kimi antibiotik müalicəsinə cavab vermir. Korona virusu heyvanlar arasında geniş yayılmış böyük bir viruslar qrupudur.

Ümumdüya Səhiyyə Təşkilatı bu xəstələrin necə izləniləcəyi, xəstələrə necə davranılacağı və səyahət edəcəkləri ölkələrə necə hazırlıqlı gedə biləcəkləri haqqında məqalə hazırlayıb. Simptomları ümumən soyuqdəyməyə bənzər şəkildə, xəfif yaxud orta dərəcədə xroniki yuxarı tənəffüs xəstəliyi olan insanları daha tez təsiri altına sala bilir. Korona virusu simptomları arasında burun axması, öskürək, boğaz, baş ağrısı və bir neçə gün davam edən qızdırma var. İmmunitet sistemi zəif olan yaşlılar və uşaqlarda virus, pnevmoniya və ya bronxit kimi daha ciddi tənəffüs xəstəliyinə çevrilmək şansına malikdir. Ümumdünya Səhiyyə Təşkilatına görə Korona virusu tənəffüs problemlərinə səbəb olsa da, ishal, yorğunluq, nəfəs darlığı, tənəffüs çətinliyi və böyrək çatışmazlığına səbəb ola bilər. Xəstənin yaşından asılı olaraq, SARS ilə ölüm nisbəti 0-50% arasında dəyişir, yaşlılar ən həssas xəstələrdir.

Məlum olduğu kimi hazırda koronavirusu üçün xüsusi bir müalicə yoxdur. Çox vaxt simptomlar öz-özünə yox olur. Həkim resepti ilə alınan ağrı kəsicilər və ya antipiretik dərmanlar simptomları rahatlaşdıra bilər. ABŞ rəsmi sağlamlıq mərkəzi CDC bildirib ki, isti duşun boğaz ağrısı və ya öskürək üçün yaxşı təsir edə bilər. Həmçinin bol maye içmək, mümkün qədər dincəlmək və yatmaq da müəyyən effekt verir. Əgər simptomlar standart bir soyuqdəymədən daha pis görünürsə, mütləq həkimə müraciət edilməlidir.  Bir daha qeyd edək ki, bu virusdan qorunmaq üçün heç bir peyvənd yoxdur. Odur ki, xəstələnən insanlardan uzaq durmaqla yoluxmanın qarşısını almaq olar. Göz, burun və ağzınıza toxunmaqdan çəkinmək lazımdır. Əllər tez-tez sabunla ən azı 20 saniyə yuyulmalıdır: "Xəstə olsanız insan kütləsi çox olan yerlərə getməyib, yaxın təmasda qaçın. Öskürərkən və ya asqırarkən ağzınızı və burnunuzu örtün və toxunduğunuz əşyaları, səthləri dezinfeksiya edin".

Qeyd edək ki, Azərbaycan ərazisində bu virusa yoluxma halı qeydə alınmayıb. Lakin Çinə və virus təhlükəsi olan digər ölkələrə səyahət edən şəxslər maksimum səviyyədə ehtiyatlı olmalıdırlar. Elə bu səbədən də  Azərbaycanda koronavirusla bağlı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq infeksion xəstəxanasında xüsusi palatalar ayrılıb. Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev bildirib ki, bu metoddan özbaşına istifadə etmək məsləhət deyil: "Əvvəlcə, həkimlə məsləhətləşmək lazımdır. Çünki bildiyiniz kimi perekis qıcıqlanma yarada bilən bir məhluldur. Hazırda bütün xəstəxanalarımız gücləndirilmiş rejimdə işləyirlər.Ona görə də insan özündə nəsə hiss edərsə, həkimə müraciət etməsi məsləhətdir". Baş epidemioloq bildirir ki, gün ərzində əlləri və üzü sabunla yumaq daha effektiv metoddur: "Sabun məhlulu ilə burun dəliklərini də yumaq olar. Alternativ variant kimi "Oksalin" məlhəmini də qorunmaq üçün burun dəliklərinə sürtmək olar". Qoruyucu maska taxılmasına gəlincə, mütəxəssis bunun ətrafında ajiotaj yaradılmasını düzgün saymır. Çünki xəstələnməyən insanın maska taxması məntiqli deyil: "Əgər bu virus ölkədə varsa, maska taxılsa da insana keçəcək. Əgər mən xəstələnməmişəmsə, niyə qoruyucu maska taxım? Bu gün insanları narahat edəcək hal yoxdur.  Əminliklə deyə bilərəm ki, Azərbaycanda koronavirus yoxdur. Bir daha qeyd edirəm ki, virusdan qorunmaq üçün gigiyenik normalara əməl etmək daha yaxşı olar". İbadulla Ağayev bildirir ki, hazırda ölkədə epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb. O, ölkədə koronavirus epidemiyasının olması ilə bağlı iddiaların əsassız olduğunu bildirib.  Yalan informasiyalarla əhali arasında panika yaratmağın düzgün olmadığını bir daha vurğulayıb. İ.Ağayev qeyd edib ki, ölkədə koronavirusa yoluxma faktı aşkarlansa, bu haqda dərhal ictimiayyətə məlumat veriləcək: "Təşviş üçün heç bir əsas yoxdur. Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?! Əgər belə bir təhlükə olsa, onu gizlədən deyilik".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31