Universitetdə Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, professor Famil Mustafayevlə görüş keçirilib.

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, professor Famil Mustafayevlə görüş keçirilib.

Olaylar.az bildirir ki. ADU-nun professor-müəllim heyətinin və gənc tədqiqatçıların iştirak etdikləri tədbiri giriş sözü ilə açan rektor, akademik Kamal Abdulla öz fəaliyyətində elm və təhsilin vəhdətini əks etdirən, ölkəmizdə elmi potensialın inkişafına xidmət göstərən Ali Attestasiya Komissiyasının yeni rəhbərliyinin fəaliyyətindən, Komissiyanın işindəki yeniliklərdən, onun nüfuzunun bərpa olunması və daha da möhkəmləndirilməsi, elmi adların və elmi dərəcələrin verilməsi prosesinin şəffaflaşdırılması və təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması istiqamətində atılan addımlardan bəhs edib.

Rektor əlavə edib ki, Ali Attestasiya Komissiyası əlindən gələn işi ən yüksək səviyyədə görür və bu da son vaxtlar müdafiə işlərində, seminarlarda və elmi məqalələrin sanbalında müşahidə olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev rəhbərlik etdiyi qurumla ADU arasında qarışılıqlı əməkdaşlığın universitetin elmi potensialının möhkəmlənməsinə, elmi araşdırmaların səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib, Komissiyanın fəaliyyətinin yenidən təşkili ilə bağlı atılan addımların ölkə Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən struktur dəyişikliklərin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib.

ADU-nun elmi işləri üzrə prorektoru, professor Novruz Məmmədov qeyd edib ki, elmin və təhsilin yeni prinsip və qanunlarla tənzimlənməsi, beynəlxalq səviyyədə əlaqələrin qurulması bu sahədə qabaqcıl mütəxəssislərin hazırlanmasına və onların gələcəkdə ölkənin elm, təhsil və digər sahələrdə faydalı olmaları üçün mühüm bir addımdır. Bu baxımından Ali Attestasiya Komissiyası öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları ətraflı cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31