Qadının hədiyyəsi həyat yoldaşının ölümünə səbəb oldu
28 Fevral 2020 05:36 Sosialİngiltərənin Nort-Yorkşir qraflığının sakini Kristofer Sueyls paraşütlə tullandıqdan sonra həyatını itirib.
"Daily Mail" xəbər verir ki, 55 yaşlı K.Sueyls 53 yaşlı həyat yoldaşı Debora ilə ABŞ-ın Arizona ştatında istirahətə çıxıblar.
Evliliklərinin 30-cu ildönümü münasibəti ilə Debora həyat yoldaşına Qrand-Kanyon üzərindən paraşütlə tullanmağı hədiyyə edib.
Mühəndislə birgə tullanan Kristofer həyatını itirib. Mühəndis isə sadəcə ayağını sındıraraq sağ qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31