Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılıb

Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılıb

Nizami rayonu, Elşən Süleymanov küçəsində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Olaylar.az xəbər verir ki,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin jurnalistlərə bildirib ki, sözügedən ərazidə sosial obyektin tikintisi məqsədilə tikinti altına düşən 6 müxtəlifcinsli ağacın Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında köçürülməsinə, köçürülməsi mümkün olmayan 1 tut ağacının isə götürülməsinə icazə verilib.

Ağaclar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən Birliyin Motodrom tinglik sahəsinə köçürülüb, bioloji inkişafdadır və onlara aqrotexniki qulluq göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31